Məzmuna keç

Oğurluqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatdı

Ağdaşda oğurluq etməkdə təqsirləndirilən Elçin Güləliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.

Hakim Cavid Sultanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Elçin Güləliyev rayonun Şıxlı kəndində MMC-lərdən birinin balansında olan 5 tonluq metal dayağı oğurlamaqda təqsirləndirilir. Araşdırma zamanı onun həmin metal dayağı hissə-hissə doğrayaraq ərazidən daşıdığı və Yevlax rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə satdığı məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə