İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC Dövlət Xidmətinə qarşı torpaq münasibətləri üzrə tələb irəli sürüb.
İddia Bakı İnzibati Məhkəməsində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxrı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
