Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elsevər Dədəcanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
İş hakim Zaur Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Dədəcanov Elsevər Gülməli oğlu idarə etdiyi “Volkswagen” markalı avtomobillə 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü Məmmədov İbrahim Orxan oğlunu vurub. Azyaşlı “Sabunçu Tibb Mərkəzi”nə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. E.Dədəcanova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
