Məzmuna keç

Marketlərdən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda marketlərdən oğurluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim Zaur Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, paytaxt sakini Daşqın Məmmədov Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən marketlərin birindəki seyfdən 2000 manat pul, digər marketdən isə 60 manat dəyərində tütün məmulatı oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə