Məzmuna keç

Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 15 min manatadək cərimələnə bilər

Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, Birlik barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib. İş hakim Əyyub Kərimovun icraatına verilib.

Protokol təsdiq olunarsa, Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi on min manatdan on beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə