Bakıda həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunan Samil Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Xətai rayonu ərazisində baş verib. 1988-ci il təvəllüdlü S.Əliyev şəxsi münasibətlər zəminində keçmiş arvadı 1990-cı il təvəllüdlü Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Şəbnəm Mehdizadə
