“Lerik Broyler” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilib. İş hakim Atabəy Kiçibəyovun icraatına verilib.
Protokol təsdiq olunarsa, “Lerik Broyler” on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin baxış iclası avqustun 9-a təyin olunub.
Şəbnəm Mehdizadə
