Məzmuna keç

Külli miqdarda narkotiklə tutulan keçmiş məhkum hakim qarşısına çıxarılır

Qaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vüqar Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 15-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş Qax rayon sakini Vüqar Osmanovun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, metamfetamin, narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi, eləcə də digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Şəbnəm Mehdizadə