Məzmuna keç

Hakim Vüsal Məhərrəmova yeni vəzifə verildi

Sumqayıt Şəhər Məhkəməsində kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.

E-huquq.az-ın məlumatına görə, bu vəzifə məhkəmənin hakimi Vüsal Məhərrəmova həvalə olunub.

Bildirilib ki, media nümayəndələri Sumqayıt Şəhər Məhkəməsinin fəaliyyəti və məhkəmədə baxılan işlərlə bağlı məlumat əldə etmək üçün Vüsal Məhərrəmova müraciət edə bilərlər.

Əlaqə telefonu: 018-655-03-03 (daxili: 5512).

Şəbnəm Mehdizadə