Ağdaşda yaşayış evindən oğurluq etməkdə təqsirləndirilən Rövşən Cavadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.
İş hakim Cavid Sultanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, rayonun Yuxarı Zeynəddin kənd sakini Rövşən Cavadov fərdi yaşayış evindən ümumi dəyəri 1200 manat olan dəmir materiallar, elektrik naqili və digər məişət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
