Məzmuna keç

Bakıda qaynını bıçaqlamaqda ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Bakıda adam bıçaqlamaqda ittiham olunan Orxan Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Xətai rayonu, F. Ramazanov küçəsində qeydə alınıb. Şəhər sakini Yamən Hüseynov qaynı Orxan Əliyev tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. O.Əliyevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə