Biləsuvarda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Davud Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nüsrət Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Əlinəsib Abdullayev, 1974-cü il təvəllüdlü Natəvan Quliyeva, 1999-cu il təvəllüdlü Sənan Abdullayev və 1999-cu il təvəllüdlü Davud Əlizadə xəsarət alıb. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Şəbnəm Mehdizadə
