Məzmuna keç

“Auto Azərbaycan” şirkəti barəsində inzibati protokol tərtib olundu

"Auto Azərbaycan" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2 (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, şirkət min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə