Məzmuna keç

DİM hakimliyə namizədlərin imtahanı ilə bağlı məlumat yaydı

Dövlət İmtahan Mərkəzi (DİM) hakimliyə namizədlər üçün imtahan keçirib.

Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.

Yazılı imtahanın test mərhələsindən 60 və daha artıq bal toplamış 175 namizəd iştirak edib.

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər. İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.