Məzmuna keç

Qardaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Ucarda qardaşını bıçaqlamaqda təqsirləndirilən Ramazan Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.

Hakim Hilal Xəlilovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Türkəci kəndində baş verib. Kənd sakini, 1980-cı il təvəllüdlü Ramazan Əvəz oğlu Xəlilov, aralarında yaranmış münaqişə zəminində qardaşı, 1967-ci il təvəllüdlü Səhman Xəlilova bıçaqla xəsarət yetirib. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. R.Xəlilova qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə