Məzmuna keç

Quldurluqda ittiham olunan dəstə üzvləri hakim qarşısına çıxarılır

Bakı sakininə qarşı quldurluq etməkdə təqsirləndirilən Nicat Kərimli və Tural Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, Bakı şəhər sakinləri – Nicat Kərimli və Tural Həmidov paytaxt sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talayıblar. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ittiram irəli sürülüb.

Şəbnəm Mehdizadə