Məzmuna keç

Aqrar Kredit və İnkişaf Agentliyi BOKT-a qarşı iddia qaldırdı

"Maliyyə Resurs Mərkəzi Bank Olmayan Kredit Təşkilatı" QSC məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi BOKT-a qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə