Məzmuna keç

Əkinçilik Elmi-Tədqiqat İnstitutuna cərimə yazıldı

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, İnstitut barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İş hakim Mirheydər Zeynalovun icraatına verilib.

İXM-nin 347-ci maddəsinə əsasən, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə