Məzmuna keç

Məhkəmə-Hüquq Şurasından yenilik: Hakimliyə namizədlərlə imtahan prosesi sürətləndirildi

Noyabrın 3-də hakimliyə namizədlərlə test imtahanı keçiriləcək.

Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

"Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək, hər bir namizəd fərdi qaydada, sualları kompüter vasitəsilə cavablandıracaq. Sənədlərini ilk təqdim etmiş 170 nəfərədək hakimliyə namizədlərlə test imtahanı cari ilin noyabr ayının 3-də keçiriləcək, eyni zamanda namizədlərin sənədləri bundan sonra da davamlı olaraq qəbul ediləcək", – deyə bildirilib.

Qeyd olunub ki, imtahanların keçirilməsi tarixi, yeri, qaydası, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcək.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Hakimliyə namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanın yenilənmiş variantı Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsində yerləşdirilib.

Namizədlər test imtahanı suallarının annotasiyası ilə buradan tanış ola bilərlər.