07.08.2023-cü il tarixində Lənkəran şəhərində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Lənkəranda dənizdə batan Lerik sakininin meyiti tapılıb.
E-huquq.az xəbər verir ki, Lerik rayon Bırkandul kənd sakininin meyiti tapılıb.
Meyitə baxış keçiriləndən sonra aidiyyəti üzrə təhvil veriləcək.
***
Lənkəranda dənizdə batan 3 nəfərdən ikisi xilas edilib.
E-huquq.az xəbər verir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz ərazidə 3 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Dərhal əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasediciləri cəlb olunub. Görülən tədbirlər nəticəsində 3 nəfərdən ikisi xilas edilib.
Hazırda üçüncü şəxsin axtarışları davam etdirilir.
