Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Eldəniz Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Naxçıvan şəhər sakini Eldəniz Mirzəyev Nizami rayonu ərazisindəki evlərin birindən 2 min manat dəyərində çilçıraq oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
