Daşkəsəndə iki nəfəri qətlə yetirmək təqsirləndirilən Şahin Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 21-ə təyin olunub.
Qeyd edək ki, Şahin Ələsgərov Mədənçilər qəsəbəsində rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovanı küt alətlə qətlə yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
