Məzmuna keç

Konstitusiya Məhkəməsi 17 min manatlıq dəftərxana və təsərrüfat malları alır

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “Antaris” QSC olub.

Məlumata görə, qalibə 16.772,58 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə