Məzmuna keç

“Regional Hospital” 8 min manatadək cərimələnə bilər

"Regional Hospital" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Mingəçevir Şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Regional Hospital" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə