Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil-İstismar İdarəsi Gəncə İnzibati Məhkəməsinə müraciət edərək DƏMX-ə qarşı inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar iddia qaldırıb.
İşə hakim Fikrət Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
