Məzmuna keç

“Təbriz Med” sertifikasiyadan keçməyən işçi işlətməkdə günahlandırılır

"Təbriz Med" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Təbriz Med" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə