Məzmuna keç

“Middle Vvay Hotel Qrup” cərimə oluna bilər

"Middle Vvay Hotel Qrup" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Middle Vvay Hotel Qrup" üç yüz manatdan beş yüz manatadək cərimə edilə bilər.

Şəbnəm Mehdizadə