"Sonalar Sonası" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şadlıq sarayı barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şadlıq sarayı iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
