Bakıda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Ozal İbrahimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Bakı şəhər sakini Ozal İbrahimli Səbail rayonu ərazisində bir qadının içərisində pulu, sənəd və bank kartı olan çantasını soyğunçuluq yolu ilə talamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürüılüb.
Şəbnəm Mehdizadə
