Məzmuna keç

Oğurluqda təqsirləndirilən dəstə üzvləri hakim qarşısına çıxarılır

Bakıda oğurluq etməkdə təqsirləndirilən Loğman Dadaşzadə, İlkin Əzizov və Gündüz Mustafazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “KamAZ” markalı bir avtomobildən 600 manat dəyərində 2 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumat daxil olub. Əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən saxlanılıblar. Loğman Dadaşzadə, İlkin Əzizov və Gündüz Mustafazadə saxlanılıblar. Araşdırmalarla onların müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində “Ford”, “Zil” və “KamAZ” markalı daha 3 avtomobildən akkumulyator və yanacaq oğurlamaları da müəyyən olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə