Məzmuna keç

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə mart ayında Qaradağ rayonu Müşviq qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov şəxsi münasibətlər zəminində 1996-cı il təvəllüdlü qəsəbə sakini Elburus Orucovun kəsici-deşici alətlə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə