Məzmuna keç

İki nəfərin ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Azad Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. 1968-ci il təvəllüdlü Azad Əhmədov idarə etdiyi “Audi A6” markalı minik avtomobili ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volksvagen Qolf” markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada – 1993-cü il təvəllüdlü Aqil Rasim oğlu Kazımovu vurub. Piyada A.Kazımov hadisə yerində ölüb, “Volksvagen Qolf”un sürücüsü 1970-ci il təvəllüdlü Vüqar Tofiq oğlu Kərimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Azad Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə