Türkiyənin Şanlıurfa şəhərində iki ailə arasında əlbəyaxa dava qanla nəticələnib.
E-huquq.az xəbər verir ki, uşaqlar arasında başlayan davaya az sonra böyüklər də qoşulub. Təxminən 20 nəfərin iştirak etdiyi və küt alətlərdən istifadə olunduğu davada 6 nəfər yaralanıb.
Hücum edənlər hadisə yerindən qaçıb.
Yaralılar təcili yardım maşınları ilə Suruç Dövlət Xəstəxanasına aparılıb.
Polis şübhəli şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Şəbnəm Mehdizadə
