Məzmuna keç

Türkiyədə fabrikdə yanğın olub

Türkiyənin Aksaray şəhərində təkrar emal fabrikində yanğın olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, anbarda başlayan yanğın qısa müddətdə ətrafa yayılıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə