Məzmuna keç

Əmək müqaviləsi olmadan işçi işlədən şirkətə cərimə yazıldı

“Nur-X Oil” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib. İş hakim Abbas Əliyevin icraatına verilib.

Protokol təsdiq olunsa, “Nur-X Oil” iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə