Məzmuna keç

Türkiyədə 12 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyənin Muğla vilayətinin Bodrum şəhəri sahillərində 18 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının internet saytında məlumat verilib.

Rezin qayıqda bir qrup qeyri-qanuni miqrant olduğu barədə məlumat aldıqdan sonra bölgəyə Sahil Mühafizəsinin qrupları göndərilib. Köməksiz vəziyyətdə qalan miqrantlar xilas edilib.

Bundan başqa, Sahil Mühafizəsi tərəfindən saxlanılan başqa bir qayıqda 12 qanunsuz miqrant müəyyən olunub.

Həmçinin miqrant qaçaqmalçılığında şübhəli bilinən 1 nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə