Almaniyanın Hannover şəhərində PKK terror təşkilatının tərəfdarları tərəfindən məscidin divarı sprey boya ilə yazılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türk-İslam Diyanət İşləri Birliyinin (DİTİB) verdiyi açıqlamada səhər namazına gələn insanların yazını gördüyü və məscid rəhbərliyini məlumatlandırıldığı qeyd olunub.
Hannover DİTİB rəsmisi Mehmet Zengin daha əvvəl də məscidlərinə qarşı oxşar hücumların edildiyini bildirib.
"Din xadimlərimiz və biz narahatlıq içindəyik. Şəhərdəki əmin-amanlıq mühitinin bu şəkildə pozulmasına imkan verməyəcəyik. Cinayətkarın və ya cinayətkarların tapılaraq məsuliyyətə cəlb olunmasını tələb edirik”, – deyə din xadimi bildirib.
Sözügedən yazını sildiklərini deyən Zengin hadisənin kamera qeydlərini polisə verdiyini də vurğulayıb.
Şəbnəm Mehdizadə
