"ANC Group" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib. Protokol Qamət Əbilovun icraatına verilib.
Protokol təsdiq olunarsa "ANC Group" iki yüz manatdan dörd yüz manatadək məbləğdə məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
