Məzmuna keç

Tarixi əsər qaçaqmalçıları saxlanılıb

Türkiyənin İstanbul şəhərində tarixi əsər qaçaqmalçılığında şübhəli bilinən 11 nəfər saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis bir qrup şəxsin qeyri-qanuni yollarla əldə etdikləri tarixi əsərləri satmaq üçün müştərilər axtardıqlarına dair məlumat əldə etdikdən sonra hərəkətə keçib.

Şübhəlilərin tarixi əsərləri Eyüpsultandakı evlərində və maşınlarında saxladıqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərindən Roma, Bizans və Osmanlı dövrünə aid əşyalar aşkarlanıb.

Tarixi əşyalar İstanbul Muzey İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə