Türkiyənin Manisa şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara-İzmir magistralının Salihli rayonunun ərazisində sərnişin avtobusu qırmızı işıqda gözləyən yanacaq tankerinə çırpılıb.
Hadisə nəticəsində 4-ü uşaq olmaqla 21 nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım qrupları cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.
Avtobus sürücüsü saxlanılıb.
Şəbnəm Mehdizadə
