Bakıda narkotik satmaqda təqsirləndirilən Çingiz Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1967-ci il təvəllüdlü Çingiz Ağayevin üzərinə baxış zamanı onun əynindəki boz rəngli şalvarın sağ yan cibindən ümumi çəkisi 0.785 qram heroin, habelə idarə etdiyi avtomobilin arxa saxlanc yerindən isə çəkisi 1 kq 50.2 qram narkotik maddə heroin aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
