Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, "AST-Texnologiyaları" şirkətinin Azərbaycandakı filialı "Evrascon"a qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
