Türkiyənin Adana şəhərinin 3 fərqli bölgəsində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində terror təşkilatı ilə əlaqələrinin olmasına əsaslı şübhələr yaranmış 5 nəfər müəyyən edilib.
Məhkəmənin qərarı ilə saxlanılan şübhəli şəxslərdən 1-i barəsində həbs qətimkan tədbiri seçilib. Digərləri isə məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Şəbnəm Mehdizadə
