Məzmuna keç

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC məhkəməyə verildi

Goranboy Rayonu Baxçakürd Bələdiyyəsi Goranboy Suvarma Sistemləri İdarəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ni məhkəməyə verib.

E-huquq.az xəbər verir ki, bələdiyyə hər iki quruma qarşı daşınar əmlak ilə bağlı iddia qaldırıb.

İddia Gəncə Kommersiya Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə araşdırılacaq.

Şəbnəm Mehdizadə