Türkiyənin Siirt şəhərində hərbçiləri daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, içərisində əsgər və mühafizəçilərin olduğu pikapın aşması nəticəsində 5 nəfər yaralanıb.
İlkin tibbi yardımdan sonra yaralılar Siirt Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Onların səhhətinin qənaətbəxş olduğu bildirilib.
Qəzanın səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə
