Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Elsevər Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nəriman Mehdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 30-da keçiriləcək.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Elsevər Məmmədov Q.Qarayev 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib.Ona qarşı Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
