Məzmuna keç

Gömrük Komitəsi “Qala Group”a cərimə yazdı

Dövlət Gömrük Komitəsi "Qala Group" MMC-yə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İş Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, həmin maddəyə əsasən hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə