Məzmuna keç

“Veysəloğlu” gömrük qaydalarını pozmaqda günahlandırılır

"Veysəloğlu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İş hakim Mətanət Hacıyevanın icraatına verilib.

Protokol təsdiq olunarsa, "Veysəloğlu” min beş yüz manat məbləğində cərimə edilək.

Şəbnəm Mehdizadə