Sabirabadda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rauf Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Oruc Cəlilovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Rauf Zeynalov idarə etdiyi inkassator “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedçi 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlunu vurması nəticəsində sonuncu hadisə yerində ölüb. Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərim səyinə baxmayaraq o, xəstəxanada ölüb. Rauf Zeynalova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
