Məzmuna keç

Parkda adam bıçaqlamaqda ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Salyanda istirahət parkında adam bıçaqlamaqda təqsirləndirilən Ərşan Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Müşfiq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırLıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Salyan Rayon İcra Hakimiyyəti binasının qarşısında yerləşən istirahət parkının ərazisində baş verib. Orada Ərşan Cəfərovla Keran Quliyev arasında mübahisə yaranıb. Mübahisə zamanı Ə.Cəfərov K.Quliyevin sol döş qəfəsinə bıçaqla bir zərbə vurub. Ə.Cəfərova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə